KANAL24.AZ
Az Iw En Ru

Almaniyanın yeni prezidenti and içib

Almaniyanın yeni prezidenti Frank-Valter Ştaynmayer and içib.
 
Yeni dövlət başçısının andiçmə mərasimi ilə əlaqədar Berlində Bundestaqla (parlament) Bundesratın (Federal Torpaqların Nümayəndələr Palatası) birgə iclası keçirilib.
 
Qeyd edək ki, Frank-Valter Ştaynmayer bu postda Yoaxim Qauku əvəz edib. Fevralın 12-də Almaniyanın xüsusi orqanı və prezidenti seçmək üçün yığışan Federal Məclisinin nümayəndələrinin böyük əksəriyyəti sabiq xarici işlər nazirinin namizədliyini dəstəkləyib. Ştaynmayer 1260 səsdən 931-i qazanıb.

04:26 23.03.2017