KANAL24.AZ
Az Iw En Ru

Bakıda evdən 30 min manatlıq qızıl oğurlandı

Bakının Binəqədi rayonundaoğurluq hadisəsi baş verib.

Hadisə rayonun 7-ci mikrarayon ərazisində, Süleyman Sani Axundov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1986-ci il təvvəllüdlü Rəmail İsmayılovun evindən 30 min manatlıq qızıl əşyası oğurlanıb.

Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinə müraciət edilib. 

Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanıb.


04:07 23.03.2017