Bərdədə ağır yol qəzası baş verib.
Rayonun Kətəlparaq kəndində baş verən qəzada 3 nəfər ölüb.
Hadisə zamanı "VAZ-2106" markalı avtomobillə "Mercedes" toqquşub. Qəzada "VAZ" markalı avtomobil bir neçə dəfə aşıb.
Bu səbəbdən də ölənlərin "06"-da olduğu bildirilir. Yaralılar isə Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.