KANAL24.AZ
Az Iw En Ru

Cəlilabadda DƏHŞƏTLİ YOL QƏZASI: ölənlər və yaralılar var - YENİLƏNİB

Kanal24.az  xəbər verir ki, milli.az-ın hadisə yerində olan müxbiri qəzanın təfərrüatlarını öyrənib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, nömrəsi bilinməyən ağ rəngli "Mercedes" avtomobili qarşı tərəfə çıxaraq "Chevrolet"lə toqquşub. "Chevrolet" isə "VAZ 2106" markalı maşınla toqquşub və sonuncu öz yolundan çıxaraq ağaca çırpılıb.

***

Cəlilabad rayonu ərazisində qəza baş verib.

Miəlumata görə, 44 BL 356 nömrəli "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Ölənlərin biri qadın, o biri isə orta yaşlı kişidir.


00:36 23.03.2017