KANAL24.AZ
Az Iw En Ru

İşğalçı ölkədən şok: Zenit-raket qurğusu ələ keçirildi - Video

Seçki ərəfəsində gərgin dövrünü yaşayan Ermənistan gömrüyündə sensasion qaçaqmalı aşkarlanıb.

Ermənistanın milli təhlükəsizlik xidməti Gürcüstandan ölkə ərazisinə “İqla” zenit raket qurğusunun keçirilməsinin qarşısnı alıb. Xidmətin mətbuat xidmətinin məlumatına görə, operativ əməliyyat-axtarış tədbirləri nəticəsində quraşdırma qurğusu və “9M39” raketi aşkarlanıb.

Faktla əlaqədar cinayət işi qaldırılıb və iki Ermənistan vətəndaşı saxlanılıb. Qanunsuz silah dövriyəsində digər şəxslərin iştirakı araşdırılır.

Hər halda seçkiyə on gün qalmış ölkəyə silah, özü də zenit-raket qurğusunun gətirilməsi maraqlı məsələdir.

Qeyd edək ki, bundan əvvəl avtomat silahdan açılan atəş nəticəsində bir neçə nəfər xəstəxanalıq olub.


23:24 22.03.2017