KANAL24.AZ
Az Iw En Ru

Türkiyədə zorlanaraq öldürülən tələbə qızın "qatilini" atlara bağlayıb sürüdülər

Türkiyənin Ərzurum vilayətinin atçılıq klubunun üç qadın idmançısı bir neçə gün öncə Tartus şəhərində tələbə qızın cinsi təcavüzə məruz qaldıqdan sonra vəhşicəsinə qətlə yetirilməsinə qarşı maraqlı etiraz aksiyası keçiriblər. Belə ki, idmançı qızlar 19 yaşlı Özgəcan Aslanın üç qatilindən biri olan Süphi Altındökənin maketini atlara bağlayaraq yerdə sürüməyə başlayıblar.

 

İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan sonra cinayətkarın içərisi otla doldurulmuş maketinə od vurulub.

 

"Qadın kişi fərq etməz, insana qarşı zorakılığa yox deyirik. Qadına qarşı zorakılıq bir cəmiyyətin utancıdır. Belə hadisələr bizi çox üzür. Tək istədiyimiz hüzur, güvən və barış içərisində yaşamağımızdır." - aksiyanın təşkil edənlərdən biri müsahibəsində deyib.

 

 
 
 
 
 
 

18:40 21.02.2015