KANAL24.AZ
Az Iw En Ru

Ukraynadan Ermənistana GÖZLƏNİLMƏZ TƏPKİ: “Ölkəyə buraxılmayacaqlar, əgər…”

“Avroviziya -2017” mahnı müsabiqəsində Ermənistanı təmsil edən ifaçı Ukraynaya buraxılmaya bilər.

Bunu Ukrayna Təhlükəsizlik Xidməti bildirib.

Hazırda Xidmət Ermənistan təmsilçisi Arçvik Arutunyanın Krımda konsert verib-vermədiyini araşdırır.

Xidmətin əməkdaşı Anton Qeraşenko bildirib ki, müğənninin Ukraynaya buraxılması bu araşdırmanın nəticəsindən asılı olacaq: “Əgər müğənninin Krımda olduğu təsdiqini taparsa, o zaman Ukrayna bununla bağlı ayrıca qərar qəbul edəcək. Təkcə Rusiya təmsilçisi Yuliya Samoylovanı Krıma getdiyinə görə məsuliyyətə cəlb etmək ədalətsizlik olar. Əgər Ermənistan nümayəndəsi ilə bağlı da bu məqam aşkarlanarsa, o zaman ayrıca qərar veriləcək”.


04:14 22.03.2017
Xəbər lenti
Bütün xəbərlər