KANAL24.AZ
Az Iw En Ru

Külək ölkənin qərbində fəsad törətdi

Ötən axşam Ağstafa rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib.

"Report" xəbər verir ki, təbiət hadisəsi sakinlərə ziyan vurub.


İri ağaclardan qırılan budaqlar rayon mərkəzindəki marketin dam örtüyünün üstünə yıxılıb. Nəticədə dam örtüyü yarasız hala düşüb. 


Külək Qırlı kəndində də sakinlərdən birinə ziyan vurub. Kənd sakininin evinin yardımçı hissəsinin dam örtüyü tamamilə uçub. 

 
 

01:19 22.03.2017
Xəbər lenti
Bütün xəbərlər