KANAL24.AZ
Az Iw En Ru

Tarixdə bu gün

1906-cı il. Azərbaycanın Xalq Şairi, dramaturq, ictimai xadim, akademik Səməd Vurğunun doğum günüdür (1906-1956). O, Azərbaycan Yazıçılar İttifaqının, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri olub, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb. “Azərbaycanın Xalq Şairi” fəxri adına ilk dəfə Səməd Vurğun layiq görülüb.

2010-cu il. BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

1685-ci il. Dahi alman bəstəkarı və orqan musiqiçisi İohann Sebastyan Baxın doğum günüdür (1685-1750).

O, çoxsəsli (polifonik) musiqinin “atası” sayılır. Bax ayrı-ayrı musiqi alətləri, eləcə də duetlər və kişi ansamblları üçün musiqilər yazıb. Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

1999-cu il. Martın 21-i Dünya Poeziya Günü kimi qeyd edilir.

Dünya Poeziya Günü dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləmək məqsədilə 1999-cu ildə UNESCO tərəfindən təsis edilib.

2013-cü il. BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Meşə Günü elan edib. Yer kürəsi ərazisinin quru hissəsinin 31 faizi meşələrlə örtülüb.

2006–cı il. Daun Sindromlu Şəxslərin Ümumdünya Assosiasiyasının təşəbbüsü ilə martın 21-i həm də Beynəlxalq Daun Sindromu Günü kimi qeyd olunur. Sindrom onu 1866-cı ildə ilk dəfə təsvir etmiş ingilis həkimi Con Daunun şərəfinə belə adlandırılıb.

1963-cü il. Məşhur Alkatras həbsxanası rəsmən bağlanıb. Bütün tarixi ərzində heç bir məhkumun qaça bilmədiyi bu həbsxana ispan tədqiqatçısı Xuan de Ayyala tərəfindən kəşf olunmuş La Isla de los Alcatraces adasında 1775-ci ildə inşa edilib.


15:30 21.03.2017
Xəbər lenti
Bütün xəbərlər