KANAL24.AZ
Az Iw En Ru

Bahar ölkəmizə qədəm qoydu - YENİLƏNİB

Artıq bahar ölkəmizə qədəm qoyub.

Kanal 24.az bildirir ki, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, Azərbaycan ərazisində baharın gəlişi bu gün Bakı vaxtı ilə təxminən saat 14:28 radələrində baş verib.

Martın 19-da Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olur. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınır. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

--------

 
 
 

09:06

Bu gün Azərbaycan ərazisinə bahar gəlir

Kanal 24.az bildirir ki, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun report-a baharın gəlişinin Bakı vaxtı ilə təxminən saat 14:29-da baş verəcəyini bildirib.

Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək: "Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edəcək".


20:39 20.03.2017
Xəbər lenti
Bütün xəbərlər