KANAL24.AZ
Az Iw En Ru

Bakıda beynəlxalq milli rəqs və musiqi festivalı keçiriləcək

Martın 21-də saat 15:00-da "Odlar Yurdu" qrupunun təşkilatçılığı, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında beynəlxalq milli rəqs və musiqi festivalı keçiriləcək.

Festivalın təşkilat komitəsindən  bildiriblər ki, tədbirdə Azərbaycan, Rusiya, Türkiyə, İran, Litva, Tatarıstan, Qazaxıstan və Gürcüstandan olan rəqs qrupları iştirak edəcəklər. İştirakçı qruplar öz ölkələrinin milli xalq musiqilərini və rəqslərini təqdim edəcəklər.

Milli rəqs və musiqi festivalının təşkilində məqsəd ölkələrin milli rəqs qrupları arasında dostluq əlaqələrini gücləndirmək, Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ etmək, eləcə də Novruz adət-ənənələri haqqında ətraflı məlumat verməkdir.

Sayca üçüncü olan bu festivala səkkiz ölkədən 250-yə yaxın iştirakçının qatılması nəzərdə tutulub.

 

 


16:19 20.03.2017