KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan zərərli ərzaq mallarının istifadəsi üzrə birinci yerdədir

Dünyada ən pis pəhriz Ermənistan sakinlərinin pəhrizidir.

Belçikalılar şokolad və vafliləri, macarlar isə qulyaşları ilə məşhurdurlar. Amma keçirilən qlobal tədqiqat pəhrizi pis olan ölkələr sırasına daxil olduğunu aşkar edib.

Çad və Syerr-Leon sakinlərinin qidalanma üslubu ən yaxşı hesab edilib, belə ki, onlar qida rasionlarına çoxlu meyvə, tərəvəz, ceviz və dənli bitkilərin daxil olduğu ərzaqlar daxildir.

Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində qida keyfiyyətini araşdıran tədqiqatda, xüsusi diqqət meyvə və tərəvəzlərin istifadəsinə ayrılıb. Ən pislər kateqoriyasında ən pis göstəricilər Azərbaycanda olub – bizim ölkə qeyri-sağlam qida məhsullarının istifadəsi üzrə lider olub.

Lancet jurnalında dərc edilən nəticələrə görə, 197 ölkənin rasionu qiymətləndirilib, bu zaman 4,5 milyard insan əhatə edilib, bu isə dünya sakinlərinin təxminən 90%-i deməkdir. Tədqiqat çərçivələrində alimlərin beynəlxalq qrupu ürək-damar sistemi, insult, ikinci növ diabet və xərçəng xəstəlikləri zamanı pəhrizlərin qarşılıqlı əlaqəsində 17 əsas ərzaq məhsullarının və qidalandırıcı maddələrin istifadəsi təhlil edilib.

Alınan nəticələrə müvafiq olaraq, iqtisadi planda çiçəklənən ABŞ, Kanada, Yeni Zelandiya və Qərbi Avropa kimi ölkələrdə, sakinlərin qidalanması o qədər də ürəkaçan deyil. Bu ölkələr qeyri-sağlam qidaların istifadəsi üzrə yüksək səviyyə ilə seçiliblər.

Alimlərin tədqiq etdikləri birinci pəhriz modeli 10 – meyvə, tərəvəz, lobya və dənlilər, ceviz və dənli, taxıl bitkiləri, süd, yarımdoymuş yağlı turşuları, balıq, omeqa-3 və qida liflərindən ibarət sağlam qida məhsuluna əsaslanır.

İkinci model 7 sağlam elementə: emal edilməmiş ət, emal edilmiş ət, şəkər və şəkərli içkilər, doymuş yağlar, trans-yağlar, xolesterin və duza əsaslanır.

Ermənistan ən az sağlam qida istifadə edən ölkələr arasında birinci olub.

Azərbaycan ikinci kateqoriyada qeyri-sağlam və emal edilmiş ərzaqların istifadəsində birinci yeri tutub. İkinci və üçüncü yerlərdə Slovakiya və Çexiyadır.

Bəzi ölkələr - Çad və Mali kimi az gəlirli ölkələr ən sağlam ərzaq məhsullarının istifadə üzrə yüksək xal toplayıblar, Belçika, Macarıstan, eləcə də Özbəkistan, Türkmənistan və Qırğızıstan bu göstərici üzrə çox az xal toplayıblar.

Tədqiqat həmçinin göstərib ki, yaşlı insanlar tarazlıq qorunan pəhrizə riayət edirlər.

Alimlər deyirlər ki, bu ölkələrdə qida keyfiyyətinin yaxşılaşdırılmasına diqqət yetirmək lazımdır. Belə ki, bu, əhalisi orta gəlirli olan Çin, Hindistan və digər ölkələrdə piylənmə və yoluxucu olmayan xəstəliklərdən ölümlərə səbəb olub.


07:38 20.02.2015
Xəbər lenti
Bütün xəbərlər