KANAL24.AZ
Az Iw En Ru

Kanal24-ə baş redaktor təyin edildi

Kanal24 xəbər verir ki,bu gün Kanal24-in idarə heyyətinin iclası keçirilib. İclasda kanala baş redaktorun təyin olunması məsələsi müzakirə edilib.

İclasın  sonunda yekdilliklə qərar qəbul edilib. Qərara əsasən Kanal24-ün rəhbəri Tural Əhmədov əmr imzalayıb.19.03.2017 tarixli 0014 saylı əmrə əsasən  Səadət Şükürova Kanal24-ə baş redaktor təyin olunub.

Məsələ ilə bağlı kanal rəbəri Tural Əhmədovun fikirlərini öyrəndik.Tural Əhmədov açıqlamasında bildirdi ki, bu gün idarə heyyətinin keçirilən iclasinda bir sıra məsələlər müzakirə edildi. Əsas məsələ isə kanala baş redaktorun təyin olunması məsələsi idi. Müzakirələr aparıldı və yekdilliklə qərar verildi. Qərara əsasən də Səadət Şükürova Kanal24-ün baş redaktoru təyin edildi. İstedad və bacarığını, vətəndaş xidmətlərini nəzərə alaraq Səadət Şükürovanın kanalımızda sujetlərin, xəbərlərin, verlişlərin daha da peşəkarcasına yayımlanmasında əvəzsiz rolu olacağı əminliklə vurğulanıb deyə, Tural Əhmədov bildirdi.


02:11 20.03.2017