KANAL24.AZ
Az Iw En Ru

Deputatdan Baş nazirə sual: "Artur müəllim, vəzifədən nə zaman gedəcəksiniz?"

Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı icra başçılarını kəskin tənqid edib.

 Z.Oruc bəzi İcra Hakimiyyəti binalarının həddindən çox dəbdəbəli olduğunu bildirib:

“Bəzi İcra Hakimiyyəti binalarına baxanda elə bilirsən ki, hansısa nazirlikdir. Niyə onları publik hüquqi şəxsə çevirmirik? Əmlak Komitəsi, Standartlaşdırma Komitəsini publik hüquqi şəxs etməyə bizə nə mane olur? Artur müəllim, mən və həmkarlarımızın hamısı sizdən dürüstlük görmüşük. Siz Prezidentə, xalqa, dövlətə sadiqlik nümayiş etdirmisiniz. Bəs siz bu vəzifədən nə zaman gedəcəksiniz? Bunu ancaq Prezident bilir. Amma növbəti Baş nazir sizin xususiyyətlərinizi özündə birləşdirsə, sizin kimi səmimi olsa, yaxşı olacaq”.

Deputat həmçinin qeyd edib ki, neft dövründə Azərbaycan hökuməti çox səxavətli olub:

“Amma indi nə qədər xəsislik edirsə, əvvəlki dövrlərdəki nöqsanları da demir. Bir sıra binalar üzlənir, bu çox yaxşı haldır. Ancaq bu binanın küçəyə, yola baxan hissəsi təmir olunur, üzlənir. Baxın, Azərbaycanda iki nazirliyin dəhşətli cinayətlərə imza atdığı bilindi. O zaman sual edirəm ki, biz bunu niyə vaxtında demirdik? Bura parlamentdir, biz bunu deməli idik. Bəlkə də çəkinirdik ki, kiminsə xətrinə dəyər! Beynəlxalq Bank pulları taladı, biz isə bunu görmədik?”(Publika.az)


23:42 17.03.2017