KANAL24.AZ
Az Iw En Ru

Qar İstanbulun nəqliyyat sistemini iflic edib

Güclü qar İstanbulun nəqliyyat sistemini tamamilə iflic edib. Bu barədə Trend cümə axşamı "Milliyet" qəzetinə istinadən xəbər verir.

Şəhərdə avtomobillərin hərəkəti ən aşağı həddə düşüb, İstanbul akvatoriyasında bütün dəniz reysləri ləğv edilib.

İstanbulda və Ankarada məktəblər bağlanıb.

Fevralın 19-da səhər “Türk Hava Yolları” aviaşirkəti ölkədə pis hava şəraiti ilə əlaqədar olaraq təqribən 800-dən çox daxili və beynəlxalq aviareysi təxirə salıb.

Artıq dörd gündür ki, İstanbulda güclü qar yağır.

Türkiyə mətbuatı xəbər verir ki, hazırda İstanbulun müxtəlif rayonlarında qar örtüyünün qalınlığı 40-60 santimetrə qədərdir.


18:15 19.02.2015