KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda qızıl hasilatı azalıb

Azərbaycanda bu ilin yanvar-fevral ayında 181,2 kq qızıl hasil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,1% azdır.

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari il martın 1-nə 17,1 kq hazır məhsul ehtiyatı yaranıb.

Gümüş hasilatında isə artım qeydə alınıb. Belə ki, hesabat dövründə ölkədə gümüş istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% artaraq 42,0 kq təşkil edib. Martın 1-nə hazır məhsul ehtiyatı 5,3 kq olub.

Qeyd edək ki,Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.


02:06 17.03.2017
Xəbər lenti
Bütün xəbərlər