KANAL24.AZ
Az Iw En Ru

Elmar Məmmədyarov Litvaya səfər edəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov aprelin sonunda Litvaya səfər edəcək.

Bu barədə məlumatı Litvanın xarici işlər nazirliyi verib.
 
İşçi səfər Litva xarici işlər nazirinin dəvəti əsasında baş tutacaq.
 
Vilnüsdə keçiriləcək görüş zamanı Azərbaycan ilə Litva arasında əlaqələrin genişləndirilməsi daxil olmaqla müxtəlif məsələlər müzakirə olunacaq.


03:16 16.03.2017
Xəbər lenti
Bütün xəbərlər