KANAL24.AZ
Az Iw En Ru

Qəbələdə gənclər üçün treninq keçirilib

“Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzularında gənclər üçün növbəti treninq bu gün Qəbələdə keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin və "Göyçay İnkişaf Mərkəzi" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənclərə biznes-ideyanın yaradılması, biznes planın tərtib edilməsi, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları, yaşıl iqtisadiyyat, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə məlumat verilib.

Treninqə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb və onları maraqlandıran suallar cavablandırılıb.


00:43 16.03.2017
Xəbər lenti
Bütün xəbərlər