KANAL24.AZ
Az Iw En Ru

Bakıda Azərbaycan Beynəlxalq Qida sənayesi sərgisi keçiriləcək

17-19 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq Qida sənayesi “WorldFood Azerbaijan 2017” sərgisi keçiriləcək.

ITECA-dan Trend-ə verilən məlumata görə, keçirildiyi illər ərzində sərgi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olub. Qida sənayesinin inkişafına təkan verən “WorldFood Azerbaijan” sərgisi bu sənaye sahəsinin peşəkarları üçün nəzərdə tutulub.

“WorldFood Azerbaijan” qida sənayesi üzrə ixtisaslaşdırılmış aparıcı sərgidir və 20 illik tarixə malikdir. Həyata keçirildiyi illər ərzində “WorldFood Azerbaijan” sərgisi özünü mütəxəssislərin illik görüşü və qida sənayesi üzrə avadanlıqların, eləcə də mal və xidmətlərin nümayiş etdirilməsi, habelə yeni sifarişçilərin müəyyənləşdirilməsi, biznes tərəfdaşları ilə mövcud əlaqələrin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün etibarlı platforma kimi tanıda bilib.


18:25 15.03.2017