KANAL24.AZ
Az Iw En Ru

Sərnişin gəmisi istismara qaytarılıb (FOTO)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “PSK-38” sərnişin gəmisi tərsanə təmirindən çıxıb.

QSC-dən Trend-ə verilən məlumata görə, gəminin sualtı hissəsi, mühərriklərin soyutma sistemləri təmir olunub. Eyni zamanda, gəminin val və sükan qurğusu, gövdə hissələrinin qalınlığı yoxlanılıb.

Gəmiçiliyin “Bibiheybət” Gəmi Təmir Zavodunda aparılan təmir işləri başa çatandan sonra Rusiya Dəniz Gəmiçiliyi Registrinin nümayəndələri tərəfindən 54 sərnişin tutumuna malik gəmi registr yoxlanışından keçirilib və daha bir il istismarına icazə verilib.

150 at gücünə malik mühərriklə təchiz olunması isə uzunluğu 29, eni 6.5 metr olan sərnişin gəmisinə sürətini 10 uzelə qədər artırmağa imkan verir.

 

16:56 15.03.2017
Xəbər lenti
Bütün xəbərlər