KANAL24.AZ
Az Iw En Ru

Günün məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın martın 15-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi martın 14-ü müqayisədə 0,89% ucuzlaşaraq 1,7282 manat olub. 

Avro isə manata nisbətən azalıb. Avrozonanın vahid valyutası 1,8577 manatdan 1,8344 manatadək ucuzlaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0296 manatdan 0,0292 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4659 manatdan 0,4615 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1284 manatdan 2,1022 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi 0,7010 manatdan 0,6962 manatadək azalma nümayiş etdirib.


15:22 15.03.2017
Xəbər lenti
Bütün xəbərlər