KANAL24.AZ
Az Iw En Ru

Övladları vaxtsız vəfat edən yazıçı, şairlər

Dünən Azərbaycanın Xalq şairi, AYB-nin birinci katibi Fikrət Qocanın oğlu Yalçın Qoca faciəvi şəkildə dünyasını dəyişdi. 52 yaşlı Yalçın Qoca pilləkənlərdən yıxılaraq, vəfat edib. 
Azərbaycan ədəbiyyatında vaxtsız övlad itkisini yaşayan bir çox yazıçı-şairlər olub. Həmin itki yazarların yaradıcılığında da öz əksini tapıb:
 
Xəlil Rza Ulutürk- Azərbaycanın Xalq şairi, odlu vətənpərvər Xəlil Rza övlad itkisi hər zaman fəxr etsə də bu acı onu çökdürdü.  27 yaşlı oğlu Təbriz Xəlilbəyli Qarabağ savaşında şəhid oldu. Ölümündən qabaq torpaqlarımız uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən Təbriz Xəlilbəyli 1992-ci il yanvarın 31-də həlak oldu. Xəlil Rza oğlundan sonra yalnız 2 il yaşaya bildi.
 
Sabir Əhmədli – Xalq yazıçısı Sabir Əhmədlinin oğlu Məhəmməd də torpaqlarımız uğrunda 
canından keçib. O, 24 yaşında – 1994-cü ilin qışında şəhid olub. Məhəmmədlə bağlı xatirələr və itki acısı Sabir Əhmədlinin bir çox yazılarında öz əksini tapır.
 
Hüseyn Arif- Şair Hüseyn Arifin oğul itkisini onun yazdığı bəzi şeirlərdən anlamaq olar. “Sən bir dəfə öldün oğul, mən ölərəm dönə-dönə” misralarını da oğlu Arifə həsr etmişdi. 
 
Süleyman Rəhimov – Xalq yazıçısı Süleyman Rəhimovun böyük oğlu, seysmoloq-alim  Şamo Rəhimov 34 yaşında dünyasını dəyişib.  Mərhumun adını sonradan kiçik qardaşı Şamo Arif  imzası ilə yaşatdı. Seysmoloq 1965-ci ildə dünyasını dəyişmişdi.
 
 
Nəbi Xəzri- Xalq şairi Nəbi Xəzri övladını  körpə ikən itirib. 4 yaşlı oğlu Ələkbərin itkisi Nəbi Xəzrinin yaradıcılığında hər zaman öz əksini tapıb. Bu itkini  həddindən artıq kövrək olan şair ömrünün sonuna qədər unuda bilmədi.
 
Qaçay Köçərli- dövrünün tanınmış şairlərindən olan Qaçay Köçərlinin oğlu Elcan Şirinov da Qarabağ döyüşlərində torpaqlarımızı müdafiə edərkən şəhid olub. 
 
Rafiq Səməndər – Tanınmış şair Rafiq Səməndərin oğlu Kamran dəm qazından boğularaq, dünyasını vaxtsız dəyişib.
 
Şair Əliağa Kürçaylının qızı Ülkər, Əli Kərimin oğlu Orxan da dünyayla tez vidalaşıblar. Fərq ondadır ki, onlar atalarının sağlığında deyil, ölümündən sonra dünyalarını dəyişiblər. Əliağa Kürşaylının qızı Ülkərin ölümü daha faciəlidir. O, atasının ölümü ilə barışa bilməmiş, elə həmin gün intihar etmişdi.

04:00 14.03.2017