KANAL24.AZ
Az Iw En Ru

Xərçəngdən ölən rejissorun SON EKRAN İŞİ - VİDEO

Keçən ay xərçəng xəstəliyindən dünyasını dəyişən rejissor Şahin Zəkizadənin son işi təqdim olunub.

Gənc ifaçı Jay Hun (Ceyhun) oxuduğu “Sevgilim” mahnısının klipini Şahin Zəkizadəyə sifariş edib. Yayda lentə alınan klip rejissorun halı pisləşdiyindən montaj mərhələsində yarımçıq qalıb.

İfaçı bu mahnını sevdiyi müğənni Röya Ayxana həsr eləmək istəyib. Lakin Şahin dünyasını dəyişəndən sonra klipi rejissorun ruhuna ithaf etməyi qərara alıb.

Həmin klipi təqdim edirik:


22:58 13.03.2017