KANAL24.AZ
Az Iw En Ru

2400 illik tarixi olan yəhudi bayramı PURİM

Yəhudi bayramı olan Purimin tarixi 2400 il bundan əvvələ təsadüf edir.Pers imperatorluğunda yaşayan yəhudilərin həmin dövrün vəziri sayılan Hamanın ölüm əmrindən qurtuluşunun şərəfinə keçirilən bir bayramdır.

Rəvayətlərə görə yəhudilərin  inamı və bir xalq kimi bütövləşməsi Hamanın planlarını alt-üst edir və yəhudi milləti azadlığa çıxır.Bunun  şərəfinə də Purim bayramını qeyd edirlər.Bu bayram mart ayına təsadüf edən bir bayramdır.Yəhudi təqviminin Adar ayının 14-cü günündə qeyd olunur.

Dindar yəhudilər bu bayramdan bir gün əvvəl oruc tuturlar.Bu bayramın özəlliyi hər kəsin,əsasən uşaqların geyimlərinin fərqliliyidir.Uşaqlar təmsil qəhrəmanlarının geyimlərində olurlar.Bir sözlə Purim bayramı karnaval əhvalında keçən bir bayramdır.Bu bayramda süfrəyə əsasən şirniyyatlar düzülür,xüsusi dualar oxunur,uşaqlara hədiyyələr verilir.Purim Bayramı yəhudi xalqının sevimli bayramlarından biridir və xüsusi sevinclə qeyd edilir.

Kanal24 komandası adından bütün yəhudiləri təbrik edirik. Bayramınız mübarək


04:22 13.03.2017
Xəbər lenti
Bütün xəbərlər