KANAL24.AZ
Az Iw En Ru

Şükür etmək və təşəkkür etmək

"(Dedik) ki: "Mənə və ata-anana şükür et ki, (hamının) dönüş(ü) Mənə tərəfdir"". ("Loğman" 14).

Şükür və səbir bir sikkənin iki üzü kimidir. İnsan əgər müsibətə düşən zaman şükür edərsə, bu şükrün fəziləti daha çox olar. İmam Əli (ə) Kumeyl duasında buyurur: "Səndən istəyirəm ki, Öz bəxşiş və səxavətinə görə məni qürbünə yaxın edəsən, dərgahına şükür etməyi nəsibim edəsən".
İnsanın qəlbən nemətə diqqət etməsi onun şükrü sayılar. İmam Sadiq (ə) buyurur: "Hər kimə Allah nemət verər və o neməti qəlbi ilə tanıyar, şükrünü yerinə yetirmiş olar".
Şükür etmək - insan ruhunu şad edən və ruhunun tərəqqi etməsinə yardım edən əməllərdəndir. Ona görə də dinimiz bu gözəl əməli bizlərə tez-tez tövsiyə edir.
İmam Sadiq (ə) buyurur: "O kəs ki, yemək yeyər və şakirdir - o kəsin əcrinə malik olar ki, oruc tutmuşdur və aclığa səbir edir. O kəs ki, rifahdadır və hər bir afiyətinə görə şakirdir - o kəsin əcrinə malik olar ki, giriftardır, ancaq səbir edir. O kəs ki, bəxşiş əhlidir (bu İlahi tövfiqə görə) şakirdir - o kəsin əcrinə malik olar ki, məhrumdur və qənaət edir".
Hədisdə oxuyuruq ki, Allah Qiyamət günü bəndələrindən birinin atəşə aparılmasını əmr edəcəkdir. Bəndə deyəcəkdir: "Pərvərdigara! Mənə əmr edirsən ki, atəşə gedim, halbuki mən Quran tilavət etmişəm". Xitab gəlir: "Bəli, Quranı tilavət etmisən, ancaq sənə verdiyim nemətə şükür etməmisən". Bu zaman bəndə nemətlərin adlarını çəkər və deyər ki, onlara görə şükür etmişdir. Xitab gələr ki, "düz deyirsən, ancaq sən Mənim nemətimi sənə çatdırana təşəkkür etməmisən". (Tebyan)
Əllamə Cəfəri buyurur: "Şükür etmək və təşəkkür etmək - insan ruhunu tərbiyə edən ali amillərdəndir. Belə bir əməlin başlanğıcı - insan təkamülünün başlanğıcıdır. Bu cür ali məqama çatmaq üçün ilk insana nəsib olan mərifət odur ki, varlıq aləmindən bir tələbi yoxdur. Hər bir nemət şükrə layiqdir".
Nemətləri görməyə çalışaq və onların şükrünü yerinə yetirək.


03:00 12.03.2017