KANAL24.AZ
Az Iw En Ru

Universitet rəhbərliyi yaralı tələbələrə baş çəkdi - FOTO

Bu gün Sumqayıt Dövlət Universitetinin dekanları Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə alan yaralı tələbələrı baş çəkib, onların vəziyyəti ilə maraqlanıblar.

Bu barədə Universitetin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili məlumat verib.

N.Cəlili bildirib ki, mütəmadi olaraq universitet rəhbərliyi, fakültə dekanları və tələbələr Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Bakı şəhər 1 nömrəli Klinik Tibbi Mərkəzdə müalicə alan tələbələrimizə baş çəkir, onların səhhəti ilə maraqlanırlar.

“Tələbələrimizin müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hazırda xəstəxanada 5 yaralı tələbəmiz - Oqtay Əsgərli, Aytən Quluzadə, İlahə Baxışova, Aydan Mürsəlzadə, Xavər Fərzəliyeva Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında, 2 nəfər tələbəmiz- Rəsul Sadıqov, Emin Həmidov isə Bakı şəhər 1 nömrəli Klinik Tibbi Mərkəzdə müalicə alırlar, onlar həkim nəzarəti altındadırlar. Bütün tələbələrimizin tezliklə sağalmasını və ailələrinə qovuşmasını arzu edirik”.


00:09 12.03.2017