Müsahibim internet mediasında gənc olmasına baxmayaraq öz sözünü demiş, bu gün 5 yaşını qeyd edən Kanal24-ün direktoru Tural Əhmədovdur.
Tural Əhmədov 1985-ci il iyul ayının 4-də Azərbaycanın dilbər güşələrindən biri, hazırda isə düşmən tapdağı altında olan Kəlbəcər rayonunda anadan olub. Həyatda əsas məqsədi dövlətə və vətəninə xidmət edərək Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır. Xalqına, millətinə layiqli övlad olan istedadlı jurnalistin Turkustan.info-ya müsahibəsini təqdim edirik.
5 il… Az bir müddət deyil. 5 ildir ki, siz sosial mediyada demək olar ki, öz sözününzü deməyi bacarmısınız və oxucu kütləsi qazanmısınız. Bizə tarixinizdən danışın bir az. Necə yarandı Kanal 24?
Təhsil aldığım ali məktəbdə ilk jurnalist fəaliyyətimə başladım və universitetin divar kağızını hazırlamaq mənə tapşırıldı. Həyatımda ilk dəfə sevdiyim peşə üzrə fəaliyyətə başlamışdım, təbii ki, böyük həvəs və qürurla. Tələbə-müəllim münasibətləri, sosial yönümlü məsələlər, gündəlik problemlər haqqında maraqlı yazılarla divar qəzetində fəaliyyət göstərirdim. Bir haşiyəyə çıxım, hətta tələbələrdən qiymət üçün şirinlik alan müəllimlərin karikaturalarını da çəkib divar qəzetində göstərirdim. Daha sonra “Üç nöqtə” qəzetində fəaliyyət göstərməyə başladım. Bir müddət bu qəzetdə işlədikdən sonra tale məni “Respublika” qəzetinin baş redaktoru ilə qarşılaşdırdı və mən bu qəzetlə əməkdaşlığa başladım. Burada da bir müddət fəaliyyət göstərdikdən sonra mən Milli Məclisin mətbu orqanı olan “Azərbaycan” qəzetində fəaliyyətə başladım və bu mənim həyatımda daha böyük addımlar atmağıma təkan verən bir fəaliyyət oldu. Daha sonra “İki Sahil” qəzetində çalışdım. Hörmətli Vüqar Rəhimzadə ilə birgə çalışmaq mənim sonrakı media fəaliyyətimdə xüsusi təsir buraxıb. Beləliklə, qəzetdə ictimai-siyasi şöbədə yazılar yazıb fəaliyyətimi davam etdirirdim. Burada işlədiyim müddətdə azad mediayaya olan həvəsim məni internet televiziyası sahəsinə gətirdi. Daha sonra “Azərbaycan” qəzeti ilə yollarımı ayırıb internet medianın sirlərini, dərinliklərini, çətinliklərini öyrənərək bu sahədə fəaliyyətə başladım və müstəqil bir media qurmaq qərarına gəldim. İlk dəfə 2012-ci ilin fevral ayının 27-də 12kv-lıq bir ofisdə “Kanal24-Azərbaycan” adı ilə fəaliyyətə başladıq. Daha sonra bu ad “Kanal24”lə əvəzləndi. 2012-ci ilin mart ayının 10-da Kanal24 bir internet televiziyası kimi fəaliyyətə başladı. Həmin ilin noyabr 5-in də isə televiziyanın saytını: Kanal24.az istifadəyə verdik. Budur artıq 5 illiyimizi qeyd edirik. Düzdür, maddi çətinliklərimiz çox olub və bu bizim fəaliyyətimizə bəzən mane də olurdu. İlk əvvəllər kamera olmadığından sujetlərimizi telefonla çəkirdik. Bütün bunlara baxmayaraq geri çəkilmək haqda fikirləşmir, daim irəliyə – inkişafa, gələcəyə inamla addımlamağı düşünürdüm. İndiki kimi yadımdadır, ilk dəfə 2013-cü ilin may ayının 4-də kamera aldım. Bu gün ömrümə yazılan dəyərli bir gündür. Çünki arzularıma bir addım daha yaxınlaşmışdım. Artıq texniki avadanlıqlarımız 1 kamera, 1 kompüter və 1 mikrafondan ibarət idi. Siz təsəvvür etmirsiniz bunlar mənim üçün nə demək idi. Min bir əziyyətlə də olsa arzularımı reallığa çevirirdim. O dövürdən indiyə kimi müasir səviyyədə xalqa xidmət etmək üçün sayt üzərində bir çox yeniliklər aparılıb və bu gün inkişafımız göz önündədir. İlk əvvəl heç kəsin qəbul etmədiyi Kanal 24 zaman keçdikcə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamağa başladı və bir sıra siyasətçilər, dövlət xadimləri kanalımıza müsahibə verməyə başladı. Bu bizim uğurumuz idi. Çünki qısa bir zaman kəsiyində əldə etdiklərimiz artıq bizim də qəbul olunduğumuza bariz nümunə idi.
Niyə məhz Kanal 24?
Kanal 24 adının seçilməsi heç də təsadüfi deyil. Bu bizim 24 saat fəaliyyətdə olduğumuzun göstəricisidir.
Tural müəllim, bəs kanalın fəaliyyəti dövründə hər hansı bir layihə və proqramlarınız olubmu?
Kanal24 bu səviyyəyə gəlib çatana qədər hansı maneələrlə üzləşmisiniz?
Kanal24-ün fəaliyyəti onu göstərir ki, siz artıq sosial media aləmində kifayət qədər tanınırsınız. Bu fikirlə razısınızmı?
Hazırda kanalınız hansı verlişlərlə izləyicilərini sevindirir?
– Kanalımız üçün ən uğurlu proyekt Səadət Şükürovanın ideya müəllifi olduğu “Qürbətdə Vətən” proqramıdır. Proqramın məhz Kanal24 vasitəsilə yayımlanması sevindiricidir. Çünki bu proqram İsrail və Azərbaycan arasında mədəni əlaqələrin sürətli inkişafına təkan verir və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır Gələcəkdə proqram dünyanın bir çox ölkələrində çəkiləcək. Bununla da qürbətdə yaşayan soydaşlarımızla daha da yaxın olacayıq. Onların həyat və fəaliyyətləri haqqında izləyicilərimizə daha geniş və dolğun məlumat verəcəyik.
“Biznes həftəsi”, “Baxış bucağı”, “Zəhmətkeş İnsanlar” və digər proqramlarımız sevilərək izlənilir. Hər zaman izləyicilərimizin rəğbətini qazanmaq, onları məmnun etmək əsas hədəf və məqsədimizdir.
Gələcək perspektivlərinizdə nələr var?
– Ən başlıca məqsəd peykdə yayınlanmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, bu yolda irəliyə getmək və qarşıya qoyulan məqsədə çatmaqdır. Bir sıra layihələr, planlar var və yaxın gələcəkdə bunlar haqqında məlumat verəcəyik. Daha geniş ofisdə, müasir avadanlıqlarla böyük uğurlara imza atmaq qarşıda duran məqsədlər sırasındadır.
Səmimi söhbət üçün sizə dərin təşəkkürümüzü bildiririk. 5 yaşınızı bir daha təbrik edir, uğurlarınızın daha da bol, arzularınızın isə gerçək olmasını diləyirik.
Mövlud İşık/Turkustan.info