KANAL24.AZ
Az Iw En Ru

Bakıya güclü duman çökdü

Bakıda martın 10-da səhər saatlarında müşahidə olunan güclü dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Bu barədə Trend-ə hava limanından bildiriblər. Məlumata əsasən, duman hava limanının işinə təsir etməyib.

"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Hava limanı normal rejimdə işini davam etdirir", - deyə hava limanında bildiriblər.


14:55 10.03.2017
Xəbər lenti
Bütün xəbərlər