KANAL24.AZ
Az Iw En Ru

Baş prokuror Cəlilabada gedir

Baş prokuror Zakir Qaralov Cəlilabad rayon prokurorluğunun inzibati binasında 4 rayonun vətəndaşlarını qəbul edəcək. 

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə,  vətəndaşları qəbulu martın 17-də, saat 10:00-da baş tutacaq. 

Qəbulda Cəlilabad, Biləsuvar, Neftçala və Cəbrayıl rayonlarında yaşayan vətəndaşları iştirak edə bilərlər. 

 Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Cəlilabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.


19:33 09.03.2017
Xəbər lenti
Bütün xəbərlər