KANAL24.AZ
Az Iw En Ru

Nazirdən Bakı-Sumqayıt yolundakı FACİƏYƏ REAKSİYA

Təhsil naziri Mikayıl Cabbarov bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin həlak olmuş tələbələrin ailələrinə başsağlığı diləyib.

Nazir bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin həlak olmuş tələbələrinə Allahdan rəhmət diləyir, onların ailələrinə və universitetin kollektivinə dərin hüznlə başsağlığı verirəm! Hadisə zamanı xəsarət alanlara isə şəfa diləyir və tezliklə sağalmalarını arzulayıram!”


18:59 09.03.2017
Xəbər lenti
Bütün xəbərlər