KANAL24.AZ
Az Iw En Ru

“Yasin” surəsi ilə Həzrət Fatimənin oxşarlığı

İslam dinində "Yasin" surəsinin xüsusi məqam və dərəcəsi vardır. Bu surəni Quranın ürəyi adlandırırlar. İmam Sadiq (ə) bu surə haqqında buyurur: "Hər kim gündüz şam etməzdən əvvəl onu oxuyarsa, axşama qədər qorunmuşlardan və ruzi verilmişlərdən olar. Hər kim gecə oxuyarsa, Allah ona min mələyi məmur edər ki, onu hər bir çirkin şeytandan və bəlalardan qorusun. Əgər yuxusunda ölərsə, Allah onu behiştə daxil edər".

Deməli, "Yasin" surəsi insanı behiştə apara bilən vasitələrdəndir.
Əgər Həzrət Zəhra (s.ə) haqqında gələn hədislərə nəzər salsaq, görərik ki, Xanım (s.ə) da müsəlmanları behiştə aparan şəfaətçi olacaqdır. O zaman ki, Həzrət Fatimə (s.ə) məhşər səhnəsinə gələr, Allah ona xitab edər ki, ey Həbibimin qızı, Məndən istə ki, əta edim. Xanım (s.ə) buyurar: "Ey Məbudum! Nəslimi və davamçılarımı, nəslimin davamçılarını və dostlarını, nəslimin dostlarını dərk et". Allah Təala tərəfindən nida gələr ki, haradadır Fatimənin (s.ə) nəsli, davamçıları və dostları və nəslinin dostları! Onlar rəhmət mələklərinin ətrafında toplanarlar və Fatimə (s.ə) onlara rəhbərlik edər və behiştə daxil edər.
"Yasin" surəsi Quranın qəlbi olduğu kimi, Həzrət Fatimə (s.ə) də Peyğəmbərin (s) qəlbidir və bu sözü Həzrətin (s) mübarək dilindən çox eşitmişdilər. O, buyurardı: "Fatimə (s.ə) mənim qəlbim və mənim ruhumdur. Hər kim ona əziyyət verər - mənə əziyyət vermiş olar. Hər kim mənə əziyyət verər - Allaha əziyyət vermiş olar".
Əhli-Beytin (ə) özləri Quran və dilləri Quran idi. Hər nə deyirdilərsə, vəhy və Quran dili ilə deyirdilər. Ona görə də heç bir Məsumu (ə) Quransız və Quranı da Məsumlarsız (ə) təsəvvür etmək olmaz. Onlar bir-birindən ayrılmazdırlar. Hər ikisi də bəşərin hidayəti yolunda çalışır və bu yolda məmurdurlar.
Xanım (s.ə) ömrünün qısa olmasına baxmayaraq, bütün müsəlman ümmətinin qəlbi olmuşdu. Çünki ümmətin atasının qəlbi idi. Dili - Quran dili, özü - yer üzündə olan İlahi huri idi.
Necə ki, "Yasin" surəsini yada salmaq və oxumaq həyatımıza bərəkətlər gətirir və bizi bəlalardan qoruyur, həmçinin Xanımı (s.ə) yada salmaq və müsibətinə görə göz yaşı tökmək də bizi Peyğəmbərə (s) və Əhli-Beytə (ə) yaxınlaşdırır və onların sünnətini davam etdirmək üçün təşviq edir. Axirətdə isə nicat gəmimiz olacaqdır.


04:49 08.03.2017
Xəbər lenti
Bütün xəbərlər