KANAL24.AZ
Az Iw En Ru

Xakerlər 30 ölkənin maliyyə qurumlarından 300 milyon dollar oğurlayıblar

Xakerlər tərəfindən yaradılan qanunsuz beynəlxalq qruplaşma üzvləri aralarında Rusiya, Çin, ABŞ və İsveçrənin də olduğu 30 dövlətin maliyyə qurumlarının hesablarından ümumilikdə 300 milyon dollar həcmində vəsaiti mənimsəyiblər.

"Report" RBK saytına istinadla xəbər verir ki, oğurluq faktı "Kasperski Labaratoriyası"nın mütəxəssisləri tərəfindən aparılan yoxlama nəticəsində aşkarlanıb.

Zərər çəkənlər arasında 100-dən çox bankın müştəriləri var. 


20:00 15.02.2015
Xəbər lenti
Bütün xəbərlər