KANAL24.AZ
Az Iw En Ru

Mehriban Əliyeva: “Məni dəstəkləyən minlərlə soydaşımız var”

“Ölkəmizin İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı və ən yüksək insani keyfiyyətlərə malik prezidenti var”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirib.

Mehriban Əliyeva Prezident İlham Əliyev tərəfindən Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdirildiyini söyləyib:

Birinci vitse-prezident ona dəstək verən insanlara da təşəkkür edib:

“Bu gün keçirilən iclasda mənim ünvanıma söylənilən xoş fikirlərə görə hər birinizə təşəkkür edirəm. Fəxr edirəm ki, sizin kimi həmkarlarım var. Məni dəstəkləyən minlərlə soydaşlarımız var. Əminəm ki, Azərbaycanın gələcəyi üçün, inkişafımız üçün, müstəqilliyimizin təmərküzləşməsi üçün biz birlikdə əlimizdən gələni bundan sonra da bir komanda kimi tam gücümüzlə həyata keçirməyə çalışacağıq”.


20:30 07.03.2017
Xəbər lenti
Bütün xəbərlər