KANAL24.AZ
Az Iw En Ru

Sabah Azərbaycanda 17 dərəcəyədək isti olacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında  hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.


19:05 06.03.2017