Son günlər üzrə respublikanın çay və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-200, Kiçik Qafqazın çaylarında 170-240, Lənkəran-Astara bölgəsi çaylarında isə 150-350 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, martın 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 147 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 267 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 102 m3/s təşkil edərək ongünlük normanın 123 faizinə bərabər olub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 413 sm (2016-cı il martın 03-də 444 sm), Şirvanda 319 sm (2016-cı il martın 03-də 309 sm), Salyanda 270 sm (2016-cı il martın 03-də 270 sm), Bankədə 207 sm (2016-cı il martın 03-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 138 sm (2016-cı il martın 03-də 175 sm) təşkil edir.