KANAL24.AZ
Az Iw En Ru

Bakıda “Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda elmi konfrans keçiriləcək

İyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu qurumun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda elmi konfrans keçiriləcək.

Muzeydən AzərTAc-a bildiriblər ki, tədbirdə “Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatında vətənpərvərlik”, “Bəxtiyar Vahabzadə və Azərbaycan dramaturgiyasında tarixilik”, “İnsan konsepsiyası və bədii qəhrəman”, “Türk dünyası ədəbi əlaqələrinin keçmişi və indisi”, “Müasir Azərbaycan ədəbiyyatında sənətkarlıq problemləri” və digər mövzularda məruzələr dinləniləcək.

Maraqlananlar tezislərini aprelin 15-dək təşkilat komitəsinə göndərə bilərlər.

Əlavə məlumat üçün (+994 12) 4923179 nömrəli telefon və ya [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlamaq olar.



03:23 14.02.2015