KANAL24.AZ
Az Iw En Ru

"AZƏRBAYCAN BÖYÜK MÜHARİBƏYƏ HAZIRDIR"

"Ermənistanda ən böyük xof ondan ibarətdir ki, Rusiya Azərbaycana silah satıbsa, bu, Dağlıq Qarabağdakı vəziyyətdə əksini tapacaq”.
 
Bunu millət vəkili Zahid Oruc deyib. 
 
O bildirib ki, ortada sülh ayırıcı dəstə, qoruyucu qüvvələr mövcud deyilsə, belə toqquşmalar qaçılmazdır:
 
"Çünki ən təsadüf halda atılmış bir güllə belə qarşılıqlı reaksiya doğurur və proses atəşdən asılı vəziyyətə düşür. Status-kvo dəyişmir. 1-ci Dağlıq Qarabağ savaşında formalaşmış hərbi mövqelər, mühəndis istehkam qurğuları ona adekvat seçilmiş hərbi taktikalar, arxa cəbhənin məsafəsi yaxud digər planlar ötən bir il ərzində xeyli korreksiyalara məruz qalıb. Belə olan təqdirdə düşmən şübhəsiz ki, fərqindədir ki, onlar həm Azərbaycanın gücünə inamın qarşısındadırlarsa, hərbi güclərinin fəaliyyətinin yenilənməsi bu yeni mərhələnin başlanğıcı deməkdir. Əslində bizim anlamımızda cəmiyyət üçün də yeni dövrə qədəm qoyduğumuzun fərqində olmalıyıq. Döyüşlərdə hər bir itki cəmiyyətdə sarsıntı yaradır. Bu da, başa düşüləndir. Çünki biz birinci məğlubiyyətin ağrıları matəmini yaşamışıq. Bir daha ona dönmək ağrılıdır. Əksinə indi həmin vəziyyət qarşı tərəfdə yaşanır. Ona görə, cəbhə xəttində gərginliyin baş verməsini hüzn günlərimizə, Xocalı faciəsinin ildönümünə bağlamaq düzgün deyil. Artıq qarşıdakı dönəmdə Rusiya Azərbaycana silah satıb, digər tərəfdən danışıqlarda vasitəçi kimi çıxış edirsə, qətiyyən təəccüblənmirlər ki, onların silahları Qarabağda niyə atəş açır.
Bu mənada mənim düşüncəmə görə biz daha artıq dərəcədə ona hazır olmalıyıq ki, yeni müharibə fərqli yanaşma sistemlər tələb edir. "Youtube” şəbəkəsinə, internet resurslarına yansıyan səhnələrdən görünən budur ki, bütün mənzərə müşahidə altındadır. Hətta peyk rabitəsi əsasında səngərdə dayanan əsgərin bütün hərəkətini görmək olur. Əgər vəziyyət belədirsə, bu, ikinci dünya müharibəsindən fərqli vəziyyətdir”.
 
Müharibə taktikalarını dəyişməyin lazım olduğunu deyən millət vəkili Z, Orucun sözlərinə görə, ikinci fazadan hərəkət etmək, məsafədən texnikanı idarə etmək uğur gətirə bilər:
 
"İkinci faza daha çox hərbi vertolyotlar, qırıcı təyyarələr daha uzaq məsafədən atəş həyata keçirməkdir ki, bununla ön cəbhədəki qüvvələr ağırlığı üzərlərinə götürməsinlər. Onların həyata keçirmək istədikləri plan düşmən tərəfindən izlənə bilər. Belə olan təqdirdə ən güclü təlim görmüş əsgərlərin belə savaşda həlak olması riski artır. İkinci planda başqa təzyiq silahlarını işə salmaq lazımdır. Azərbaycanın ordusunda müasir hərbi sistemləri öyrənən onları tətbiq edən beyin mərkəzləri var. 3 gün öncə media mənsubları, parlament mənsubları xeyli söhbətlər aparılıb. Düşünürəm ki, Azərbaycan böyük müharibəyə hazırdır. 
 
Bəlkə də lokal toqquşmalar ermənilərin xeyrinə işləyir. Amma genişmiqyaslı müharibənin imkanları başqadır. Azərbaycan hücum imkanlarında resurs gücünü ortaya qoya bilər. Ona görə də müdafiə müharibəsi tərəflərdə itkilər yaradır. Amma real hərbi meydanda üz-üzə gəlməyin nəticələri bütünlüklə Azərbaycanın xeyrinə olacaq”.(Sherg.az)

 


02:15 03.03.2017