KANAL24.AZ
Az Iw En Ru

Yəhudi deputat erməniləri ifşa etdi: "Qərbi Azərbaycanda dağıdılan qədim məzarlıq..."

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, yəhudi əsilli deputat Yevda Abramov bəzi xarici internet saytlarında Qərbi Azərbaycanın Dərələyəz mahalında guya 13-14-cü əsrlərə aid yəhudi məzarlığının olması ilə bağlı dərc olunan yazılara münasibət bildirib.

Y.Abramov açıqlamasında deyib ki, sözügedən məqalədə qeyd olunanlar fakt deyil, qondarmadır:

“Onların hamısı ermənilərin uydurduğu qondarma abidələrdir. Bu ermənilərin növbəti avantürist siyasətidir. Orada yəhudi məzarlığı yoxdur. Bununla ermənilər çox mənfur siyasət aparmaq istəyir. Əgər lazım olsa, mən bunu sübut edib, erməniləri ifşa edərəm”.

Yəhudi deputat sözügedən məsələ ilə bağlı ətraflı danışmaq istəmədiyini söyləyib.

Xatırladaq ki, bu günlərdə “turbina.ru” internet portalında erməni saxtakarlığını əks etdirən rus dilində məqalə dərc edilib.

Məqalədə Qərbi Azərbaycanın Dərələyəz mahalında 13-14-cü əsrlərə aid yəhudi məzarlığının olması ilə bağlı məlumat verilir.

 

 

Məqalədə deyilir ki, Qərbi Azərbaycanın (indiki Ermənistanın) Dərələyəz mahalının Keşişkənd (03.01.1935-ci ildən - Mikoyan, 06.12.1957-ci ildən - Yeğeqnadzor) rayonunun Yeğiş (İlmzəli) kəndində guya 13-14-cü əsrlərə aid yəhudi icması və qəbiristanlığı mövcud olub.

Amma heç yerdə burada yəhudi icmalarının mövcud olduğunu təsdiq edən mənbə yoxdur.

Bildirilir ki, 40 qəbirüstü abidədə ivrit dilində “Tövrat”dan yazılar var, həmçinin “İncil”dən yazılara rast gəlinir. Tarixləri tutuşdurduqda məlum olur ki, qəbiristanlıq 80 il mövcud olub:

“Niftar Baba dar David bexodeş Tamuz şnat alef-taf-reş-doxran tav leniçot nafşata” - Yəni Davidin oğlu Baba 1600-ci ilin Temmuz (iyul) ayında vəfat edib.


00:59 03.03.2017