KANAL24.AZ
Az Iw En Ru

Qəribə hərəkətləri ilə görənləri heyrətləndirən robot – VİDEO

Robot istehsalı ilə məşğul olan “Boston Dynamics” şirkəti yeni robotu “Handle”ın ilk videosunu yayımlayıb.

Hərəkət qabiliyyətləri ilə diqqət çəkən robotun dizaynı da qeyri-adidir.

Araşdırma missiyalarında istifadə olunacaq robot təxminən 2 metr uzunluğundadır və 1,2 metr hündürlüyə tullana bilir. Robotun maksimum sürəti isə 15 km/saatdır. Elektrik batareyası ilə çalışan robot tam enerji dolu batareya ilə 24 km yol qət edə bilir. 

Məlumat üçün qeyd edək ki, şirkət bundan əvvəl də insan anatomiyasından bəhrələnərək ixtira olunmuş “Atlas” və robot it olan “Spot” atlı internetdə çox müzakirələrə səbəb olan robotların da ixtiraçısıdır. 

 


21:23 02.03.2017
Xəbər lenti
Bütün xəbərlər