KANAL24.AZ
Az Iw En Ru

Uşaq intiharları: Müəllimlər bunu etməsin

Uşaq intiharlarının əsası mənbəyi məktəblərdə uşaqlara ailələrinin maddi durumuna görə fərq qoyulmasıdır.

Bu sözləri psixoloq Elnur Rüstəmov uşaq intiharlarının əsas səbəbləri haqda danışarkən deyib. O, məktəblərin bu mövzuya xüsusi diqqət yetirməsinin lazım olduğunu bildirib:

“Məktəblərdə uşaqlar arasında ayrı-seçkilik yaranmaması üçün vahid geyim forması var. Bu, çox gözəl haldır. Bəzən olur ki, müəllimlər imkansız uşaqları məktəbdaxili tədbirlərdən kənarda saxlayır. Bu da uşaqlar arasında depressiya, hətta intihar hallarının artmasına səbəb olur”.

Qeyd edək ki, bir müddət əvvəl orta məktəb şagirdi Zahid Nuriyev məktəbdə yaşadığı problemlərə görə 2-ci mərtəbədən özünü ataraq, intihara cəhd edib.(Axar.az)


15:47 02.03.2017
Xəbər lenti
Bütün xəbərlər