KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: 



Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları polkovnik Zaur Qasım oğlu Abdullayevə və polkovnik Səxavət İbrahim oğlu Salmanova “general-mayor” ali hərbi rütbəsi verilsin.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 12 fevral 2015-ci il.



03:19 13.02.2015
Xəbər lenti
Bütün xəbərlər