KANAL24.AZ
Az Iw En Ru

Xocalı kadrlarına baxan müəllimin ürəyi partladı

Bakı Dövlət Universitetinin müəllimi vəfat edib.

BDU-nun İnformatika kafedrasının müəllimi, Tətbiqi-riyaziyyat ETİ-nin şöbə müdürü Aslan Paşa oğlu Quliyev fevralın 25-də ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Həkimlərin səyinə baxmayaraq o, dünən vəfat edib.

Yaxınları bildiriblər ki, A.Quliyev telekanallardan birində Xocalı soyqırımı ilə bağlı kadrlara baxarkən sarsıntı keçirib və halı pisləşib. Evə çağırılan təcili tibbi yardım briqadası onu xəstəxanaya aparıb


19:27 27.02.2017