KANAL24.AZ
Az Iw En Ru

Ata olmağa hazırlaşan ŞƏHİDİMİZ

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyi fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 5 hərbi qulluqçumuzun şəhid olduğunu açıqlayıb.

Kanal24.az xeber verir ki,Qafqazinfo adları açıqlanan əsgərlərdən biri - Haşımlı Tural Əbdül oğlunun sosial şəbəkə hesabından fotolarını əldə edib.

Əldə etdiyimiz məlumata görə, o, kəşfiyyat bölük komandiri, baş leytenant olub. Turalın yaxınları onun 7 ay olar ki, evləndiyini bildirirlər. Şəhid Haşımlı ata olmağa hazırlaşırdı. Onun özündən böyük bacısı və kiçik qardaşı vardı. 

 

18:41 27.02.2017