KANAL24.AZ
Az Iw En Ru

Rusiyanın adamından ABŞ-a xəbərdarlıq

ABŞ və Rumıniya mənim fəaliyyətimə müdaxilə etməyi dayandırmalıdır.

Bu sözlər Moldova Prezidenti İqor Dodonun ABŞ səfiri Ceyms Pettitu və Rumıniya səfiri Daniel İonitsenə göndərdiyi məktubda yer alıb.

“Moldova müstəqil dövlətdir. Bizim ölkənin Prezident Administrasiyası xaricdən səsləndirilən şərhlərin heç birini qəbul etməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, dünən bu iki səfir birgə bəyanat yayıb. Onlar Moldovanın ABŞ, Bolqarıstan, Makedoniya, Monteneqro, Rumıniya, Serbiya, Sloveniya və Ukraynanın birgə təlimində iştirak etməməyindən təəssüfləndiklərini bildiriblər.

Dodon rusiyayönlü prezidentdir. O, Moldovanın AB və NATO ilə yaxınlaşmasının əleyhinə çıxış edir.


17:52 27.02.2017