KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı jurnalist vəfat etdi (YENİLƏNİB)

Jurnalist Zabil Müqabiloğlu dünyasını dəyişib.

Bu barədə sosial şəbəkədə onun dostları məlumat yayıb. O, bu dəqiqələrdə 1 saylı kliniki xəstəxanada (Semaşko) dünyasını dəyişib.

Qeyd edək ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən jurnalistin səhhəti ötən gecə qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) yerləşdirilmişdi. Onda kəskin daxili qanaxma başladığı, həkimlərin qanaxmanı saxlaya bilmədikləri qeyd edilirdi.

Qeyd edək ki, Z.Müqabiloğlu sirrozdan əziyyət çəkirdi. (ölkə.az)

***

Jurnalist Zabil Müqabil oğlunun səhhəti gecə saatlarında qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) gətirilib.

Yaxınlarının verdiyi məlumata görə, onda kəskin daxili qanaxma başlayıb.

Gecədən indiyədək həkimlər qanaxmanı saxlaya bilmirlər və Z.Müqabiloğlu hazırda ölümlə mübarizə aparır, durumu son dərəcə kritikdir.

Qeyd edək ki, Z.Müqabiloğlu sirrozdan əziyyət çəkir və 3 ay öncə də qanaxma ilə xəstəxanaya yatırılmışdı.


07:11 27.02.2017