KANAL24.AZ
Az Iw En Ru

Türkiyədən Qarabağdakı gərginliklə bağlı - Bəyanat

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qarabağdakı son gərginliklə bağlı bəyanat yayıb.

Türkiyə XİN Ermənistan tərəfindən 24-25 fevralda Azərbaycanın mövqelərinə iri çaplı silahlarla hücumunu qınayıb.

“Ermənistan tərəfindən 24-25 fevralda təmas xəttində Azərbaycana qarşı hücumları qınayırıq. Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı diləyirik. Yaralı qardaşlarımıza da şəfa diləyirik. Ermənistan 25 ildir ki, Azərbaycan ərazisinin beşdə birini işğal altında saxlayır. 2016-cı ilin aprelində təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi ərazilərində baş verən şiddətli döyüşlərin yaşanmaması üçün Ermənistanı atəşkəsə əməl etməyə dəvət edirik”, - bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Türkiyə ATƏT-in Minsk Qrupunn bir üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsindəki səyləri dəstəkləməyi davam etdirəcək.


06:05 27.02.2017
Xəbər lenti
Bütün xəbərlər