KANAL24.AZ
Az Iw En Ru

Ruhani yenidən prezident olmaq istəyir

İranın vitse-prezidenti Hüseyn Əli Əmiri ölkə başçısı Həsən Ruhaninin may ayında keçiriləcək prezident seçkilərində namizədliyini verəcəyini təsdiqləyib.

Ötən ilin oktyabrında İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli ölkə başçısının 2017-ci il prezident seçkilərində iştirak edəcəyini bildirmişdi.

Nazir qeyd etmişdi ki, namizədlərin qeydiyyatı 10-14 apreldə aparılacaq. Seçki kampaniyası isə aprelin 27-də başlayıb, mayın 16-da başa çatacaq.


00:54 27.02.2017