KANAL24.AZ
Az Iw En Ru

Səudiyyə Ərəbistandan 14 il sonra bir İLK

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cubeyr İraqa səfər edib.

Səudiyyə rəsmisi baş nazir Heydər Abadi və həmkarı İbrahim Cəfəri ilə görüşüb.

Tərəflərin müzakirə etdiyi başlıca mövzunun terrora qarşı ortaq mübarizə olduğu bildirilib.

Qeyd edək ki, Cubeyr ABŞ-ın 2003-cü ildə İraqı işğalından sonra bu ölkəyə səfər edən ilk Səudiyyə rəsmidir.


20:00 26.02.2017
Xəbər lenti
Bütün xəbərlər