KANAL24.AZ
Az Iw En Ru

"Xocalı dəhşəti" Nyu-Yorkda

Bu gün Nyu York Azərbaycan Evində Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunub.

Nyu Yorkda yaşayan azərbaycanlıların iştirakı ilə gerçəkləşən ildönümündə tanınmış simalar iştirak edib. Azərbaycanın BMT-də daimi numayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyev və Fərid Cəbrayılov, Jeffrey Verbok, TADF-ın nümayəndəsi Hayal Erdoğan, yəhudi icmasından Yakov Abramov ve Pinkhas Avshalumovla yanaşı, Nyu Yorkda məskunlaşann həmvətənlərimiz də tədbirdə fəallıqları ilə seçilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova açaraq Xocalı faciəsinin heç zaman unudulmaması üçün həmvətənlərimizin bir olmasının vacibliyini söyləyib. Səfir Yaşar Əliyev də öz çıxışında şəhidlərin Vətən uğrunda canlarından keçməsini Azərbaycan tarixində qürur səhifəsi adlandırıb.

Şəhidlərin ruhuna Fatih Camisi hocaları tərəfindən dualar oxunub, ehsan süfrəsi açılıb. Tədbirin sonunda Nyu Yorkda yaşayan həmvətənlərimizə və gələn qonaqlara "Sonsuz dəhliz" ("Endless corridor") sənədli filmi nümayiş etdirilib.


18:30 26.02.2017
Xəbər lenti
Bütün xəbərlər