KANAL24.AZ
Az Iw En Ru

Türkiyədə derbi həftəsi

Türkiyə Super Liqasında XXII turun oyunları keçirilir.

Turun ilk oyununda "Rizəspor" "Kayserispor"la qarşılaşıb.

Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Günün digər oyununda isə millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" "Kasımpaşa"nın qonağı olub. İki oyunluq cəza alan yığmamızın hücumçusu komandasının darmadağın edildiyi oyunu kənardan izləyib.
 
Liderlər qrupunda məskunlaşmış "Başakşəhər" bu gün Ankarada "Osmanlıspor"la üz-üzə gələcək.
 
"Fənərbağça" isə "Qaziantepspor" səfərinə yollanacaq.
 
Turun mərkəzi oyunu isə bazar ertəsi keçiriləcək. "Qalatasaray" lider "Beşiktaş"ı qəbul edəcək.
 
Türkiyə Super Liqası
XXII tur
 
24 fevral
"Rizəspor" - "Kayserispor" - 2:4

Qollar: Kveuke, 5, 90 (pen.) - Laval, 15, Vural, 43, Velliton, 76, 90+3
 
"Kasımpaşa" - "Bursaspor" - 4:0
Qollar: Titi, 44 (pen.), Koyta, 63, 68, Tunay Torun, 77
 
25 fevral
"Alanyaspor" - "Adanaspor" - 4:1

Qollar: Lav, 13, Omero, 37, Fernandez, 74, Akbaba, 90+4
 
"Akhisar" - "Antalyaspor" - 3:0
Qollar: Özər, 23, 55, Aykut Çeviker, 49

"Konyaspor" - "Trabzonspor" - 1:1
Qollar: Rangelov, 47 - Rodalleqa, 54
 
26 fevral
14:30 "Karabükspor" - "Gənclərbirliyi"
17:00 "Osmanlıspor" - "Başakşəhər" 
20:00 "Qaziantepspor" - "Fənərbağça"
 
27 fevral
21:00 "Qalatasaray" - "Beşiktaş"


16:40 26.02.2017